Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 12%-dən çox artıb
Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 49 mln. dollar (ötən ilin müvafiq göstəricisinə bərabərdir), əsaslı xərclər isə 4,5 mln. dollardan çox olub (12,5% artım).
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabatında məlumat verilib.
“CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb”, - hesabatda qeyd olunur.
Bildirilir ki, ilin üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,5 mln. kubmetr olub.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay