AÇG-ə bu il 1,5 mlrd. dollara yaxın vəsait xərclənib
Bu ilin birinci yarısı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yatağları bloku üzrə fəaliyyətlərə təqribən 365 mln. dollar əməliyyat məsrəfləri və 1 mlrd. 109 mln. dollar əsaslı məsrəflər xərclənib (ümumi – 1 mlrd. 474 mln.).
Valyuta.az xəbər verir ki, bu barədə BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə bu ilin 9 ayının nəticələrinə dair dərc etdiyi hesabata istinadən xəbər verir.
Hesabata əsasən, 2023-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (96 000), “Qərbi Azəri” (89 000), “Şərqi Azəri” (59 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (34 000) platformalarından birlikdə – gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 mln. barel, yəni 14 mln. ton olub.
“Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 45 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub”, - hesabatda qeyd olunur.
Bildirilir ki, ilin üç rübü ərzində AÇG-də 6 neft hasilatı, 5 su injektoru və 1 qaz injektoru quyusu tamamlanıb.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay