Sənaye
30.10.2023 / 09:29
BTC ilə Türkiyə ərazisindən nəql edilən neftin həcmi 4%-dən çox artıb
35463
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 171 676 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 4,44% çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə "BOTAŞ" şirkətindən məlumat verilib.
Məlumata görə, ötən ilin müvafiq dövründə BTC vasitəsilə Türkiyə ərazisi ilə 164 379 min barel neft nəql edilib.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 225 445 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12,64% çoxdur.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay