"Fitch" SOCAR-ın reytinqini BB+ səviyyəsində təsdiqlədi
"Fitch Ratings" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini BB+ səviyyəsində təsdiqləyib.
Valyuta.az xəbər verir ki, "Proqnoz müsbət olaraq qalır. Aktivlərin geri qayıtma reytinqi RR4-dür. SOCAR-ın maliyyə profilinin daha güclü olması fonunda şirkətin sərbəst kredit portfeli ilə bağlı qiymətləndirməmizi təkrar gözdən keçirərək B+ səviyyəsindən BB+ səviyyəsinədək dəyişmişik", - deyə reytinq agentliyindən bildiriblər.
Qeyd olunduğu kimi, SOCAR tam dövlətə məxsusdur və hazırda şirkətin reytinqi "Fitch"in dövlətlə əlaqəli şirkətlər üçün reytinq meyarlarına əsasən Azərbaycanın reytinqinə (BB+/Müsbət) bərabərdir.
"Bu, dövlətin şirkətə maliyyə təminatları, pul ödənişləri və kapitalqoyma formasında göstərdiyi dəstəklə, eləcə də, SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişaf mexanizmi olaraq əhəmiyyəti ilə möhkəmlənir", - deyə reytinq agentliyinin məlumatında deyilir.
Qeyd edək ki, SOCAR neft-qaz yataqlarının kəşfiyyatı, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neftin və neft-kimya məhsullarının daxili və beynəlxalq bazarlarda satışı, təbii qazın sənaye müəssisələrinə və Azərbaycan əhalisinə, habelə Avropaya tədarükü ilə məşğul olur.
Şirkət Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Almaniya və Ukrayna kimi ölkələrdə müxtəlif fəaliyyət, o cümlədən əsasən İsveçrə, Sinqapur və Nigeriyada ticari fəaliyyət göstərir.
© Trend
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay