Gələn il Ağdam Sənaye Parkında yeni müəssisələr açılacaq
Ağdam Sənaye Parkında 4-5 müəssisənin inşası tezliklə yekunlaşdırılacaq.
Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
“Ağdam Sənaye Parkında 4-5 müəssisənin inşasının tezliklə yekunlaşdırılması planlaşdırılır. 2024-cü ilin əvvəlində onlardan bir neçəsinin fəaliyyətə başlayacağını gözləyirik”, - deyə o bildirib.
Nuriyevin sözlərinə görə, bunlar əsasən tikinti materialları, ayaqqabı və divar kağızı istehsal edəcək müəssisələrdir.
2021-ci il mayın 28-də Prezident İlham Əliyev “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Ağdam Sənaye Parkında 19 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Rezidentlər tərəfindən Sənaye Parkına investisiyalar 176 milyon manat məbləğində qiymətləndirilir ki, bu da 1,7 mindən artıq daimi iş yerinin yaradılmasına imkan verəcək. (İnterfaks-Azərbaycan)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay