Sənaye
19.10.2023 / 10:01
Azərbaycan qeyri-neft-qaz ixracının artırılmasına dair hədəfini açıqlayıb
34817
Azərbaycanda 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının dəyərinin 85 % artırılması hədəflənir.
Valyuta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft/qaz ÜDM-nin isə 5 % artırılması, eləcə də özəl sektorun iqtisadiyyatda payının 88 %-ə çatdırılması, qeyri-neft sektoru üzrə birbaşa xarici investisiyaların illik 10-15 % artırılması, illik inflyasiyanın 4±2 % intervalında qorunması hədəflənir.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay