Azərbaycanın sement satışından gəlirləri 48%-dən çox artıb
Yanvar-sentyabr aylarında 35 milyon 505,16 min dollar dəyərində 620 min 755,61 ton sement ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 11 milyon 569,82 min dollar (48,3%), miqdar ifadəsi ilə 104 min 743,17 ton (20,3%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 23 milyon 935,34 min ABŞ dolları dəyərində 516 min 012,44 ton sement ixrac edilmişdi.
Beləliklə bir ton sementin ixrac qiyməti bu il 57 dollar, ötən ilin müvafiq dövründə 46 dollar təşkil edib. Bu göstərici son bir ildə 11 dollar, başqa sözlə 23,3% artıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında sementin ümumi ixracda xüsusi çəkisi 0.13%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.46%-ə bərabər olub.
Keçən ilin yanvar-sentyabr aylarında sementin ümumi ixracda xüsusi çəkisi 0.08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.13%-ə bərabər olub.
© FED
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay