Sənaye
17.10.2023 / 10:12
Doqquz ayda emal sənayesində 13,2 milyard manatlıq məhsul istehsal olunub
34639
Emal sənayesində 2023-cü ilin yanvar-sentyabr aylarında 13 milyard 243,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 25,7 faiz, qida məhsullarının istehsalında 10,8 faiz, tütün məmulatlarının istehsalında isə 4,6 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 42,7 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,6 faiz, siqaret istehsalı 14,0 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 13,2 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,6 faiz artıb.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay