Azərbaycan niyə kağız istehsal etmir? - Ekspert
Azərbaycan ötən il 16,696 min ton kağız və karton idxal edib. Onun da 16,168 min tonu, yəni 97 faizi, qəzet kağızının 100 faizi Rusiyanın payına düşüb.
Son zamanlar kağızın qiyməti də xeyli bahalaşıb. Belə ki, kağızın tonu 1 380 dollardan, 2022-ci ilin sonuna olan məlumata görə, 2 100 dollara qalxıb.
Maraqlıdır, görəsən niyə Azərbaycanda kağız istehsalı həyata keçirilmir?
İqtisadçı ekspert Fuad İbrahimov Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycan kağız istehsalı üçün xammal bazasına malik deyil:
"Kağız sənayesi müxtəlif klasifikasiyalara bölünür. Karton da kağızdır. Azərbaycanda maklatura deyilən tullantıların yenidən qablaşdırılmasına gətirə biləcək karton məhsulları istehsalı həyata keçirilir. Məktəb və ofislərdə istifadə oluna biləcək kağız ləvazimatlarına gəlincə, onun istehsalı üçün daxildə xammal bazasına malik deyilik. Azərbaycan meşələri daha çox qiymətli cins ağaclarından ibarətdir. Digər tərəfdən, meşə fondu torpaqlarımız kifayət qədər bazaya malik deyil. Bu səbəbdən də daxildə kağız istehsalı məqsədəuyğun deyil. Ona görə də kağız idxal olunur. Bu istiqamətdə də əsas ixracatçı ölkə Rusiyadır".
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay