Sənaye
12.10.2023 / 11:03
BTC ilə tranzit neftinin nəqli 7%-dək artıb
34333
Bu ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 8,3% çoxdur.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 76,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22 665,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,5% çoxdur.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1%-i və ya 18 844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9%-i və ya 3 820,3 min tonunu (6,7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay