BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32712

Azərbaycanda xammal olaraq kifayət qədər gön-dəri var. Amma bu xammalın son məhsul halına gətirilməsi problemlidir. Bu da ondan qaynaqlanır ki, gön və dərini aşılamaq üçün istifadə olunan kimyəvi maddələr Azərbaycanda istehsal olunmur, Türkiyə, İran və Rusiyadan idxal edilir. Bunlar turşular, alt boyalar, üst boyalar və ümumilikdə 42 növ başqa digər maddələrdir. 

Bu maddələrin idxalı zamanı ödənilən gömrük ödənişləri də çox yüksəkdir. Yəni onların idxalı zamanı 15% gömrük rüsumu, 18% ƏDV, laboratoriya və digər xidmətlər üçün 6% xərc tələb edilir. 

Maraqlıdır ki, Azərbaycan gön və dəri aşılamaq üçün istifadə olunan kimyəvi maddələri nədən ölkə daxilində istehsal edə bilmir?

Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, sözügedən problemin kökündə həmin məhsullar üzrə daxili bazarda xarici istehsalçıların hökmran rol oynaması dayanır: 

“Bu bir reallıqdır ki, Azərbaycanın daxili istehlak bazarında tələb olunan bir sıra məhsulları özümüz istehsal edə bildiyimiz halda, müxtəlif subyektiv səbəblərdən bu sahə üzrə geri qalırıq. Nəticədə həmin boşluğu idxal məhsulları doldurur və nəticədə qiymətlər bahalaşır. Gön-dəri istehsalı yüngül sənayeyə aiddir. Bu sahə üzrə də bir sıra məhsulları özümüz istehsal edib, daxili tələbatı ödəmək iqtidarındayıq. Amma istehsal amilində belə bir cəhət var ki, hər hansı bir məhsulu istehsal edənlər bu və ya digər formada onun hər hansı bir detalına görə mütləq kənar istehsalçıdan asılı olur. Ölkədə gön və dərini aşılamaq üçün istifadə olunan kimyəvi maddələrin idxal olunası həmin sahəyə xüsusi diqqətin olmaması səbəbindəndir. Ona görə də zəruri hesab olunan bir sıra mallar üzrə xarici istehsalçılardan asılı vəziyyətdəyik. Daxili bazarda gön və dəri məhsulları üzrə xarici istehsalçılar hökmran rol oynayırlar. Sözügedən məhsulların analoqonu özümüz istehsal edə bildiyimiz halda, onun müəyyən komponentləri üzrə xaricdən asılılıq səbəbindən daxili bazarda xarici istehsalçılarla rəqabətdə uduzuruq. Hökumətin bu sahəyə müvafiq diqqəti olarsa, gön və dəri aşılanması üzrə kimyəvi maddələri də asanlıqla daxildə istehsal edə bilərik”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin