BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
21747

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% çox - 965,5 milyon ABŞ dolları təşkil edib.

Valyuta.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə qeyri-neft ixracının tərkib hissəsində hərəkətverici məhsullar orta və daha dərin emal edilmiş məhsullarla əvəz edilməyə başlayıb.

"Habelə, “zəngin məhsullar zəngin ölkələr üçün” prinsipini nəzərə alsaq, qeyd edilən emal məhsullarının Avropa İttifaqı ölkələrinə, habelə digər sənayeləşmiş ölkələrə ixracının şaxələndiyini müşahidə edə bilirik. Xüsusilə, üzvi kimya sənayesi strukturunda yer alan metanol, plastmas və onlardan hazırlanan məmulatlar qrupuna daxil olan ilkin formalı polietilen və ilkin formalı polipropilen, ilkin formalı propilen sopolimerləri, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr qeyri-neft ixracının artımında həlledici rol oynayıb. 2022-ci ilin yanvar-aprel ayları üzrə kimya sənayesi məhsullarının ixracının ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfəyə yaxın artması da təsadüfi deyil. Belə ki, ötən ilin ilk 4 ayı ərzində kimya sənayesi üzrə ixrac 13,1 milyon ABŞ dolları təşkil edib. Artımın əsas səbəbi pandemiyanın əhatə dairəsinin yumşaldılması, ertələnən xarici tələbin canlanması, ixrac edilən üzvi kimya məhsulları üçün aralıq məhsul rolunu oynayan əmtəələrin dünya bazar qiymətlərinin artımı ilə əlaqədardır", - deyə qurum bəyan edib.

"Qeyri-neft ixracının tərkib hissəsində az qiymətli metallar və ondan hazırlanan məmulatlarının həcminin artdığını görürük. Bu mal qrupunun strukturunda əsas payı alüminium və ondan hazırlanan məmulatlar tutur. Xüsusilə, alüminum məhsulları üzrə geniş çeşidlənmə və müxtəliflik hiss edilir. Belə ki, xüsusilə 2021 və 2022-ci illər ərzində qeyd edilən metal və ondan hazırlanan məmulatların bir neçəsi qeyri-neft ixracının ilk 20 məhsulu üzrə drayver rolunu oynayır. Bundan əlavə, alüminium məhsullarının əsas özəlliyi odur ki, bu qrup üzrə hazırlanan üç müxtəlif məhsul ixracda pay tutur. Bu məhsuldan əlavə biz polietileni qeyd edə bilərik ki, oxşar əmtəə xarakterinə malikdir. Qara metallara baxdıqda ixrac edilən məhsullar arasında tikinti-inşaat sektoru üçün tələb edilən az qiymətli metalların 23%-ni təşkil edib.

Qiymət və keyfiyyət üstünlüyünə malik emal edilmiş məhsullar şaxələndikcə ixrac coğrafiyasıda şaxələnib. Belə ki, qeyri-neft ixracında ABŞ, İtaliya, Braziliya, Niderland, Ruminiya yaxın MDB ölkələrindən daha irəlidədir. İxrac müxtəlifliyi nəzəriyyəsinə əsasən, məhsullar daha yüksək keyfiyyətə malik və daha çox inkişaf edərsə, həmçinin özündə daha zəngin elementləri birləşdirərsə, məhsulun idxalçısı da daha inkişaf etmiş ölkələr olacaqdır. Qeyd olunan ölkələrin Azərbaycana ixracında əsas payı qeyri-yeyinti, konkret olaraq kimya sənayesi məhsulları təşkil edib.

Aprel ayında qeyri-neft ixracı 22% artaraq 238,3 milyon dollar təşkil edib. Həmin dövr ərzində qeydə alınan qeyri-neft ixracının 21,6%-i yeyinti məhsullarının, 78,4%-i isə qeyri-yeyinti məhsullarının payına düşüb. Ay ərzində yeyinti məhsulları üzrə ixracın cəmi 6,2% artmasının əsas səbəbi şokolad və ondan hazırlanan məmulatların 2 dəfə, meşə fındığı üzrə 52,5%, qara çayın ixracı üzrə isə 19,4% artımın qeydə alınmasıdır. Digər həll edici yeyinti məhsullarında isə ötən illə müqayisədə nisbətən daha az ixrac müşahidə edilib. Qeyri-neft ixracında aprel ayında qeyri-yeyinti sektoru drayver rolunu oynayıb", - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin