Dövlətə məxsus zavodun rəhbəri dəyişdi
Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində olan “Radioquraşdırma zavodu” MMC-nin direktoru dəyişib.
Valyuta.az banker.az-a istinadən xəbər verir ki, zavoda dəhbərlik edən Çingiz Əliyev Paşa oğlu vəzifəsindən istefa verib.
Onun yerinə Rzabəy Məmmədov Vahid oğlu təyin edilib.
Radioquraşdırma zavodu 1948-ci ildə təsis edilib.
Radioquraşdırma zavodu radioqəbuledici, televizor, elektron hesablama vasitələri istehsalı üzrə ixtisaslaşmış müəssisədir.
Radioquraşdırma zavodunun istehsal fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
• radioqəbuledici istehsalı;
• televizor istehsalı;
• elektron kassa aparatı istehsalı;
• elektron tərəzi istehsalı;
• texnoloji tərtibatların və alətlərin hazırlanması;
• xalq istehlakı mallarının və mülki təyinatlı məhsulların istehsalı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay