“Azərbaycan Sənaye Korporasiyası” yeni zavod tikir
“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) yaşıl neft koksunun kalsinasiyası və anod istehsalı zavodu layihəsinin qiymətləndirilməsi ilə bağlı təkliflər sorğusu elan edib.
Valyuta.az xəbər verir ki, iddiaçılar təkliflərini mayın 20-si, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanına ("ASK Vİlla") ünvanıa təqdim edə bilərlər.
Sorğunun nəticəsi mayın 23-də, saat 14:30-da videokonfrans keçirilməklə açıqlanacaq.
ASK ölkə prezidentinin 6 noyabr 2017-ci il tarixli fərmanı əsasında yaradılıb. Hazırda onun nəzdində iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bunlar, “Azəralüminium”, "Azərpambıq ASK”, “Azəripək”, “ASK Şüşə”, “ASK İzolit”“ASK Tekstil”, “ASK Xidmət”, “ASK Security” MMC, "ASK Aqro" MMC, “ASK İnşaat” MMC, “ASK Şəki Kərpic”, “ASK Şəki Su Elektrik Stansiyası”, “ASK Ayaqqabı Fabriki”,ASK Əmlak”, “ASK Turizm” (fəaliyyət göstərmir), “ASK-Russia”(fəaliyyət göstərmir) və "ASK Poliqrafiya" MMC-lərdir(fəaliyyət göstərmir).
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay