Rusiyanın iri poladəritmə şirkəti Aİ-yə tədarükü dayandırdı
Rusiyalı sahibkar və milyarder Aleksey Mordaşova məxsus "Severstal" şirkəti Avropa İttifaqına (Aİ) polad məhsullarının ixracını tam dayandırıb.
Bu barədə "Kommersant" yazır.
Şirkətə yaxın mənbə "İnterfaks"a təsdiqləyib ki, metalın avropalı müştərilərə – həm şirkətlərə, həm də treyderlərə daşınması tam dayandırılıb.
Agentliyin digər həmsöhbəti deyib ki, sanksiya siyahısı elan olunan vaxt yolda olan bütün avtomobillər geri qayıdıb.
"Severstal" rəsmiləri şərh verməkdən imtina edərək, şirkətin Avropa həcmlərini Asiya, Cənubi Amerika və Yaxın Şərq də daxil olmaqla digər ixrac istiqamətlərinə yönləndirmək üçün müxtəlif variantları araşdırdığını bildirib.
Şirkətə yaxın mənbə izah edib ki, bir qayda olaraq, Avropa regionuna tədarüklər "qısa" müqavilələr əsasında həyata keçirilirdi, uzunmüddətli müqavilələr olmayıb.
Qeyd edək ki, fevralın 28-də Aİ-nin "qara siyahısı"na bir qrup rusiyalı biznesmen daxil edilib, onların arasında "Severstal"ın sahibi Aleksey Mordaşov da var.
2021-ci ilin sonunda "Severstal"ın gəlirlərinin təxminən 47%-i ixrac bazarlarına satışdan əldə edilib (30%-dən çoxu Avropa bazarına).//APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay