Sənaye
09.02.2022 / 16:48
Bu zavodun direktoru dəyişdi
19506
Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-yə yeni direktor təyin olunub.
Valyuta.az xəbər verir ki, bu, Eldar Vəliyevdir. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.
Xatırladaq ki, "Elektron Hesablayıcı Maşınları Zavodu" SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay