Səlcuq Bayraqdar: “Azərbaycanda yeni müəssisə qurmağı planlaşdırırıq”
“Azərbaycanda “Bayraktar TB2” dronlarının və pilotsuz uçuş aparatlarının istismarından, onlara texniki xidmətdən başqa bu qurğuların istehsalı üçün lazım olacaq yüksək texnologiyanı inkişaf etdimək, süni intellektin tətbiqini genişləndirmək məqsədi ilə müəssisə qurmağı hədəfləyirik”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
S.Bayraktar bu işdə Azərbaycanda iki dövlət qurumu ilə əməkdaşlıq etdiklərini də açıqlayıb: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “ASAN Xidmət”in birgə qurduğu texnoparkda fəaliyyət göstərmək hədəfimiz var. İnşallah ən tez bir zamanda o da həyata keçəcək. Bununla yanaşı, texnologiya ilə bağlı təşəbbüslərə mentorluq və dəstək verəcək qurumlar da yaratmağı hədəf kimi qoymuşuq. Türkiyə Texnologiya Fondu olaraq “ASAN Xidmət”lə birlikdə Azərbaycanın ilk DNT Mərkəzini də açacağıq. Onun yaxınlığında isə Elm Mərkəzini də birlikdə açmağı hədəfləyirik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay