Sənaye
04.10.2021 / 17:08
Avropada yanacaq kömürünün qiyməti 20 illik rekordu yenilədi
18766
Keçən həftə Avropada enerji kömürünün bir tonunun qiyməti (İstilik Elektrik Stansiyalarda istifadə edilən – red.) 232 ABŞ dollarını ötüb. Bu, ən azı son 20 ilin rekord göstəricisidir.
Bu barədə Rusiya mətbuatı "Argus" beynəlxalq qiymət agentliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, son həftə ərzində Şimal-Qərbi Avropada 6 000 kkal/kq kalorili enerji kömürünün qiyməti 16,5% artaraq bir ton üçün tonu 232,2 dollara çatıb (CIF Amsterdam – Rotterdam – Antverpen (bu nöqtələrdə təhvil verməklə)).
Qiymətin artımı təbii qazın sürətlə bahalaşması və Avropa bazarında kömür çatışmazlığı ilə izah edilir.
Mənbə: "APA-Economics"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay