Sənaye
30.09.2021 / 17:49
Ötən ay Azərbaycanın karbamid ixracından gəliri kəskin artıb
18667
Bu ilin avqust ayında Azərbaycan 11 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sentyabr ayı üçün açıqladığı "İxrac İcmalı"nda əks olunub.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 3,6 milyon ABŞ dolları və ya 48,6 % çoxdur.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay