Sənaye
30.09.2021 / 16:25
Azərbaycan metanol ixracından gəlirini 2 dəfə artırıb
18644
Bu ilin avqust ayında Azərbaycan 9,7 milyon ABŞ dolları dəyərində metanol (netil spirit) ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sentyabr ayı üçün açıqladığı "İxrac İcmalı"nda əks olunub.
Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 5 milyon ABŞ dolları və ya 2,06 dəfə çoxdur.
Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir.
Ziya İkramlı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay