Sənaye
30.09.2021 / 14:05
Azərbaycanın qızıl ixracından gəlirləri 12 faizdən çox artıb
18635
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 140,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sentyabr ayı üçün açıqladığı "İxrac İcmalı"nda əks olunub.
Sənəddə, bu göstəricinin illik müqayisədə 12,6% çox olduğu qeyd edilib.
Ötən ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 124,4 mln. dollar təşkil edib.
Məlumata görə, avqust ayında isə Azərbaycan 23,4 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 16,4% azdır.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay