Çin şirkəti ən böyük lityum yataqlarından birində pay alır
Çinin ən böyük lityum-ion batareya istehsalçısı olan Contemporary Amperex Technology (CATL) şirkəti, Konqo Demokratik Respublikasındakı (DRC) dünyanın ən böyük lityum yataqlarından birinin 24%-lik hissəsini alır.
CATL, Avstraliyanın "AVZ Minerals" kəşfiyyat şirkətinə Cənub-Şərqi Konqoda Manono lityum layihəsi üçün 240 milyon dollar ödəməyi qəbul edib.
Bu sövdələşmə nəticəsində "AVZ Minerals" səhmlərin 51%-nə, Konqo dövlətinə məxsus "Cominiere" şirkəti 25%-nə, qalan hissəsinə isə CATL şirkəti nəzarət edəcək.
Manono layihəsi 2023-cü ildə başlayacaq. Bu sahədə təsdiqlənmiş litium ehtiyatları təxminən 269 milyon ton, təxmin edilən ehtiyatlar isə 400 milyon tondur.
Məlumata görə, gələcəkdə bu layihəyə CATL-in ümumi sərmayə xərcləri 400 milyon dollara çata bilər.
2020-ci ildə CATL-in cəmi gəliri 2019-cu illə müqayisədə 9.9% artaraq 50.32 milyard yuan (təxminən 7.7 milyard dollar) təşkil edib. Şirkət tərəfindən 2020-ci ildə istehsal olunan litium-ion batareyalarının satışı illik müqayisədə 14,3% artıb.
CATL, bir neçə həftə əvvəl 58,2 milyard yuanlıq (təxminən 9 milyard dollar) səhmlər sataraq istehsal gücünü iki dəfədən çox artırmaq niyyətində olduğunu açıqlayıb. Üç yeni istehsal xətti şirkətin qərargahının yerləşdiyi Çinin şərqindəki Fujian əyalətinin Ningde şəhərində yerləşəcək. Digər ikisi Zhaoqing (Guangdong əyalətinin cənubu) və Changzhou (Şərqi Jiangsu əyaləti) şəhərlərindədir. Şirkət elektrikli avtomobil bazarında artan tələbat fonunda istehsalını artırır.
Mənbə: Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay