Azərbaycanda içki istehsalı 10 faiz artdı
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 27,12 milyon dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı aylıq hesabatda qeyd edilib.
Hesabat dövründə Azərbaycanda araq istehsalı 0,945 milyon dekalitr (1 il əvvələ nisbətən 17 % az), konyak istehsalı 0,014 milyon dekalitr (17 % az), üzüm şərabı istehsalı 0,512 milyon dekalitr (3,1 dəfə çox), pivə istehsalı 3,711 milyon dekalitr (9,2 % az), spirtsiz içki istehsalı isə 21,938 milyon dekalitr (15,9 % çox) təşkil edib.
Bu il sentyabrın 1-nə ölkədə spirtli içki ehtiyatı 2 253,3 milyon dekalitr, spirtsiz içki ehtiyyatı isə 662,4 milyon dekalitr olub ki, bu da illik müqayisədə müvafiq olaraq 6,9 % və 22,5 % azdır.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay