Bu zavodda yalnız qadınlar çalışacaq: Dünyanın bir nömrəsinə çevriləcək
Yeni açılan elektrikli skuter zavodu istisnasız olaraq yalnız qadınları işə cəlb edir.
Hindistanın cənubundakı bu zavod öz işçi həcminə görə sənayedə bir ilkdir.
Tamil Nadu ştatındakı “Gələcəyin Fabriki” artıq bu həftədən ilk işçilərini qəbul edib. Gələn ilin sonuna qədər inşası tam bitəcək zavodun işçi sayı 10 min nəfər qadın, istehsal gücü isə ildə maksimum 10 milyon skuter olacaq.
Bir istehsal müəssisəsindəki qadınların sayına görə zavod həm də dünyada bu tipli ən böyük obyektdir.
Hindistanın ən iri onlayn taksi və çatdırılma xidmətlərindən olan Ola (və onun törəmə müəssisəsi Ola Electric) bu layihə ilə həm hind qadınlarına daha geniş iş imkanları yaratmaq, həm də pandemiyadan sonra ölkə iqtisadiyyatının canlanmasında iştirak etmək niyyətindədir.
İyul ayında investorlardan birbaşa maliyyələşmədə 500 milyon vəsait cəlb edən Ola hazırda təxminən 7 milyard dollar bazar dəyərinə malikdir.
Mənbə: Marja.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay