Bu il qeyri neft-qaz məhsullarının ixracı kəskin artıb
2021-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,8 faiz, real ifadədə 17,8 faiz artaraq 1 milyard 354,3 milyon dollar olub.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 38,2 faizini İtaliyaya, 13,5 faizini Türkiyəyə, 4,5 faizini İspaniyaya, 4,4 faizini Xorvatiyaya, 4,3 faizini Rusiyaya, 4,0 faizini İsrailə, 3,8 faizini Gürcüstana, 3,1 faizini Hindistana, 2,9 faizini Tunisə, 2,7 faizini Portuqaliyaya, 2,0 faizini Birləşmiş Krallığa, 1,8 faizini Ukraynaya, hər biri 1,2 faiz olmaqla Kanada, Almaniya və Tailanda, hər biri 1,1 faiz olmaqla İsveçrə, Çin və Belarusa, 7,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (26,5 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,9 faiz), ABŞ-a (2,5 faiz), Ukraynaya (1,9 faiz), Çinə (1,9 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,3 faiz), Özbəkistana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,9 faizi Rusiya, 15,3 faizi Türkiyə, 13,3 faizi Çin, 6,2 faizi Almaniya, hər biri 4,2 faiz olmaqla ABŞ və İtaliya, 4,1 faizi Ukrayna, 3,4 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yaponiya, 2,0 faizi Koreya, 1,8 faizi Fransa, 1,5 faizi Braziliya, 1,4 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay