Bu il Bakıda sənaye istehsalı cüzi artıb
Bu ilin yanvar-iyul aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 22,3 milyard manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsinin yaydığı aylıq hesabatda əks olunub.
Sənəddə, bu göstəricinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artdığı əks olunub.
“Sənaye məhsulunun 75,5%-i mədənçıxarma, 21,3%-i emal, 2,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub”, – deyə hesabatda vurğulanır.
Qeyd edilir ki, sənayedə qeyri-dövlət sektorunun payı 83,1% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,8% təşkil edib:
“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2021-ci il vəziyyətinə 317,2 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub”.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay