Ölkədə bu məhsulun istehsalının artması idxaldan asılılığı azaldır - HESABAT
Azərbaycanda 2021-ci ildə şpris istehsalının həcminin kəskin böyüməsi xaricdən idxalı azaldır.
Valyuta.az-ın Banker.az-a istinadən verdiyi məlumata görə, 2021-ci ilin ilk yarısı ərzində respublikada 36 milyon 451.4 min ədəd tibb, cərrahiyyə, stomatologiya və ya baytarlıqda istifadə edilən şprislər istehsal edib. Bu isə 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2.2 dəfə artım deməkdir. Qeyd edilən müddət ərzində ölkədə cəmi 16 milyon 470.2 min ədəd şpris istehsal edilmişdi.
Bildiyiniz kimi, Pirallahı Sənaye Parkında “Diamed-Co” şpris istehsalı zavodu fəaliyyətə başlayıb. 2019-cu ildən fəaliyyətə başlayan bu zavod Azərbaycanın şpris tələbini 100% qarşılamağı qarşısında məqsəd qoyduğu açıqlanmışdı. 150 milyon illik burada tibbi şpris istehsalı planlaşdırılır.
Hazırda ölkədə COVID-19-a qarşı vurulan peyvəndlərə görə şprisə tələbat olan bir ildir. Bu müddətdə böyük tələbə rəğmən, Azərbaycan xaricdən idxalı azaltmalı olub.
Azərbaycan 2021-ci ilin yanvar-iyun ayları ərzində 36 milyon 215.89 min ədəd tibbi şpris idxal etmişdi. 2021-ci ilin bu dövründə Azərbaycanın xərci 1 milyon 376.11 min dollar təşkil edib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımdan 27.5% xaricdən asıllıq azalmalı olub.MƏMƏO
Əlavə olaraq bu da qeyd edilməlidir ki, 2020-ci ildə bir şprisin qiyməti 0.0329 ABŞ dolları (3.29 sent) olduğu halda 2021-də qiymətlər 0.0380 dollara qədər (3.8 sent) bahalaşıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay