Qızıl bahalaşır: ABŞ-dan göstəricilər açıqlanacaq
Çərşənbə axşamı Asiya sessiyasında qızılın qiyməti qalxır. Bunun səbəbi investorların koronavirus yoluxmalarının artmasından narahat olmaları və bu fonda risk almağa meylli olmamalırıdır.
Valyuta.az İnvestaz.az-a istinadən xəbər verir ki, Nyu-York birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0.14% və ya 2.4 dollar artaraq 1792.25 dollara yüksəlib. Gümüşün sentyabr fyuçersləri 0.55% artaraq 23.922 dollar olub.
Qızılın qiyməti ardıcıl dördüncü gün artmaqda davam edir. Bu müddət ərzində 2%-dən çox bahalaşıb. Dolların zəifləməsi və dünyada koronavirusla bağlı vəziyyətin pisləşməsi, qiymətli metalın qiymətlərini dəstəkləyir.
Bununla yanaşı, qiymətlərə bu gün Amerikadan dərc ediləcək önəmli göstəricilər də təsir edəcəkdir. Analitiklər hesab edirlər ki, iyul ayında ölkənin pərakəndə satışları iyun ayına nisbətən 0.2% azalarkən, sənaye aylıq olaraq 0.5% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay