Sənaye
17.08.2021 / 14:42
“Zəfər” polimetal yatağı üzrə ilkin qiymətləndirmə açıqlandı
17123
Azərbaycanda əlvan metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Zəfər” polimetal yatağı üzrə ilkin qiymətləndirmənin nəticələrini açıqlayıb.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sözügedən sahədə 82 min unsiya həcmində qızıl ehtiyatlarının olması ehtimal edilir.
Məlumata görə, bununla yanaşı yataqda 51 min ton mis və 40 min ton sink ehtiyatlarının olması da ehtimal edilir.
“2023-cü ildə hasilata başlamaq üçün layihənin iqtisadi qiymətləndirilməsi məqsədi ilə sürətləndirilmiş rejimdə kəşfiyyat işləri aparılır”, - deyə məlumatda qeyd edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay