Platinin qiyməti bu ilin ən aşağı həddinə çatıb
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatlarına əsasən, bu gün Azərbaycanda platinin bir unsiyasının qiyməti 1 661,0275 manat (977,075 ABŞ dolları) təşkil edib ki, bu da cari il ərzində qeydə alınmış ən aşağı göstəricidir.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, sonuncu dəfə platinin bundan aşağı dəyəri 2020-ci ilin 30 noyabr tarixində qeydə alınmışdı – 1 633,547 manat (960,91 dollar).
Qeyd edək ki, dünya bazarlarında platinin qiymətinin azalması COVID-19-un yeni "Delta" ştamının yayılması ilə bağlıdır. Bundan əlavə, çiplərin qıtlığı səbəbindən dünyada avtomobil istehsalının azalması platinə tələbi azaldaraq qiymətli metalın fevral ayından bəri 20% ucuzlaşmasına səbəb olub.
Hazırda NYMEX əmtəə birjasında platinin bir unsiyası 965-971 dollara ticarət olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay