Çin dəmiri ucuzlaşdırır
Dünyanın ən böyük polad istehsalçısı olan Çinin karbon emissiyasını azaltmaq üçün polad istehsalını azaldacağı xəbəri dəmir filizinin qiymətlərində kəskin düşüşə səbəb olub.
Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, son müqavilələrdə dəmir filizinin bir tonunun qiyməti 222 dollardan 174 dollara qədər geriləyib. Yalnız bir gündə uzuclaşma 6 faizi ötüb.
Çinin rəsmi qurumlarının məlumatına görə karbon emissiyasının 15 faizi polad istehsalı zamanı yaranır. Yüksək payın azaldılması üçün Çin hökuməti istehsalı müəyyən qədər azaldaraq, ixrac qiymətlərini tənzimləmək istəyir.
Hazırda Çində polad istehsal edən müəssisələrin yarısı dövlətə məxsusdur. Bu səbəbdən Çinin istehsalı azaltma prosesini sürətlə həyata keçirəcəyi güman edilir.
Qeyd edək ki, dəmirin ucuzlaşması sənayenin bir çox sahələrində qiymət enmələri yaradacaq. O cümlədən maşınqayırma, metallurgiya kimi böyük sənaye sahələrində ucuzlaşma gözlənilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay