Çində Azərbaycan xalçalarının satışına başlanıldı
Dünyanın ən böyük istehlak bazarlarından olan Çində də Azərbaycan xalçalarının satışına start verilib. Ölkəmizin Çindəki ticarət nümayəndəliyinin Çinin ən iri premium ticarət mərkəzlərindən olan “SKP mall”un rəhbərliyi ilə əldə etdiyi razılıq əsasında Azərbaycan xalçalarının ilk dəfə olaraq Çinə ixracı mümkün olub.
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, artıq “Azərxalça” ASC-nin istehsal etdiyi xalçalar dünyanın qabaqcıl brendlərinin satıldığı Pekindəki “SKP mall”da satışa çıxarılıb. Yaxın günlərdə Azərbaycan xalçalarının Çinin Sian şəhərindəki “SKP mall”da da satışı mümkün olacaq.
“SKP mall”un nümayəndəsi Ma Lifan açıqlamasında deyib:
“Bizim ticrət mərkəzində dünyanın müxtəlif ölkələrinin ən gözəl və keyfiyyətli məhsulları, o cümlədən məişət əşyaları satılır. Azərbaycanın əl ilə toxunan xalçaları isə tam olaraq bizim iş fəlsəfəmizə uyğun gəlir. Çünki bu xalçalarda qədim mədəniyyət və incəsənətin sintezi var. Satışa çıxardığımız yüksəkkeyfiyyətli xalçalar müştərilərimizin, xüsusən də incəsənət haqqında anlayışı olanların zövqünü oxşayır. Xalçaların üzərindəki müxtəlif növ ornamentler insanların marağına səbəb olur. Məhz elə bu amillərə görə qərara aldıq ki, Azərbaycan xalçalarının idxalını və satışını həyata keçirək".
Qeyd edək ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Xalçanı Azərbaycansız, Azərbaycanı da xalçasız təsəvvür etmək mümkün deyil. Xarici ölkələrdə Azərbaycan xalçalarına olan maraq isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə xalçalarımızın xaricdə intensiv satışı mümkün olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay