Qızıl daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
ABŞ-da iqtisadi inkişaf səviyyəsi, işsizlik müavinəti üçün müraciət saylarında azalma və mənzil satışları kimi göstəricilərinin proqnozların altında açıqlanması, dollar indeksindəki enişlərin davam etməsinə səbəb olur.
Valyuta.az xəbər verir ki, bunun nəticəsində də dollar dünya birjalarında digər aparıcı valyutalar qarşısında dəyər itirir.
Dolların dünya birjalarında ucuzlaşması nəticəsində qızıla olan tələb artmaqda davam edir. Hazırda 1 828 dollardan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1 834 dollar həddininin üzərində möhkəmlənə bilsə, 1845 dollar və 1853 dollara kimi bahalaşa bilər.
Kriptovalyuta birjalarına gəldidə isə, 40 000 dollar müqavimətini qırmaqda çətinlik çəkən bitkoin bu həddi qıra bilsə, artım tendensiyasının 45 000 dollara kimi davam edəcəyi ehtimal olunur.
Qeyd edək ki, məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay