Son 10 ildə qeyri-neft sektorunda ciddi artım müşahidə edilib - DEPUTAT
“Son 10 ilin iqtisadi yekunları göstərir ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyini qorumaqla yanaşı milli iqtisadiyyatın inkişafı ilə bağlı prioritetlərə nail ola bilib”.
Valyuta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanda son 10 ilin makro iqtisadi göstəricilərini şərh edən millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektorunda ciddi artım müşahidə edilib:
“Prioritet hədəflər qeyri-neft sektorunun genişləndirilməsi, dayanıqlı iqtisadi inkişafa nail olunması idi. Son on ildə iqtisadiyyatın diversifikasiyası, neftdən asılılığın minimumlaşdırılması əsas hədəflər siyahısında olub.
Biz qeyri-neft sektoru və qeyri-neft sənayesində artım tempi müşahidə etmişik. Son 10 ildə qeyri-neft sektoru 1,6 dəfə artaraq ötən ilin yekunlarında 50,8 milyard manata çatıb. Bu o deməkdir ki, ÜDM-in təxminən 68%-i qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sənayesində də artım tempi olub. Həmin dövrdə qeyri-neft sənayesinin istehsalı 5 milyard manatdan 12 milyard manata qədər yüksəlib. Bu da 2,4 dəfə artım deməkdir".
Deputat aqrar sektorda olan artımı xüsusi qeyd edib:
“Qeyri-neft sektorunun digər istiqaməti olan aqrar sektorda da 1,5 dəfə artım qeydə alınıb. Bu da ixracatda və daxili tələbin ödənilməsində qeyri-neft sektorunun payının artmasına səbəb olub. On il əvvəl ümumi ixracatın 7,4 %-i qeyri-neft sektorunun payına düşürdüsə, bu rəqəm 13,7 %-ə qədər yüksəlib. Büdcə gəlirlərinin formalaşmasında da qeyri-neft sektorunun payının artması müşahidə olunub. Belə ki, on il öncə fiskal gəlirlərimiziə qeyri-neft sektorunun payı təxminən 20 % idi. Bu rəqəm 10 ilin yekununda 46 %-ə yüksəlib. Nəticədə fiskal gəlirlərimizdə qeyri-neft sektorunun ümumi gəlirlərimizin yarısını formalaşdırma potensialına malik olduğunu müşahidə edirik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay