Dünyanın ikinci ən böyük mədən şirkətindən rekord mənfəət...
İngilis-Avstraliya transmilli hasilat şirkəti, istehsal həcminə və gəlirlərinə görə dünyanın ikinci ən böyük mədən qrupu olan Rio Tinto 2021-ci ilin 1-ci yarısının nəticələrini açıqlayıb.
Valyuta.az Marja.az-a istinadla xəbər verir ki, gəlirlər ötən ilin müvafiq dövrünə nisbətən 71% artaraq, 33,1 milyard dollara çatıb.
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, metal qiymətlərinin, xüsusilə dəmir filizinin sürətlə bahalaşması gəlirlərin davamlı artmasına təkan verib. Şirkət hasil etdiyi dəmir filizinin hər tonunu orta hesabla 168 dollara (+97%), alüminiumun 1 tonunu 2626 dollara (42%) satıb.
Vergi, faiz, amortiyasiya xərcləri çıxılmadan öncəki gəlirlər (EBITDA) 120%-ə yaxın artaraq, 21 milyard dollar, xalis mənfəət isə rekord səviyyədə - 271% yüksələrək 12,3 milyard dollar təşkil edib. Bu nəticələr şirkətə öz səhmdarlarına 9,1 milyard dollar dividend ödəməyə imkan verəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay