ARDNF investisiya portfelində qızıl aktivlərinin payını artıb
Bu ilin II rübünün nəticələrinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fonunun (ARDNF) investisiya portfelində qızıl aktivlərinin həcmi artmasa da (101,8 ton), payı 12,9%-dən (2021-ci ilin I-сi rübünün nəticələrinə görə) 13,1%-ə yüksəlib.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi xəbərə görə, barədə ARDNF-nin 2021-ci ilin II rübünün nəticələrinə görə investisiya fəaliyyətinin yekunlarına dair dərc etdiyi təqdimatda deyilir.
Qeyd edək ki, 2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43,564.3 mln.ABŞ dolları) nisbətən 1.24% artaraq 44,104.9 mln.ABŞ dolları təşkil edib. Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub.
Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay