Qlobal polad istehsalı 14%-dən çox artıb
Ümumdünya Polad Assosiasiyasına (World Steel Association – WSA) məlumat təqdim edən dünyanın 64 ölkəsində 2021-ci ilin yanvar-iyun aylarında polad istehsalı 2020-ci ilin eyni dövrünə nisbətən 14,4% artaraq 1,004 mlrd. tona çatıb.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu barədə Assosiasiyanın açıqlamasında deyilir.
İlkin məlumatlara görə, MDB ölkələri polad istehsalını 8,7% artıraraq 53,3 mln. tona, o cümlədən Rusiyada 8,5% artaraq 38,2 mln. tona çatıb.
Avropa İttifaqı ölkələri hesabat dövründə 77,8 mln. ton (artım 18,4%), o cümlədən Almaniya 20,6 mln. ton (+18,1%) polad istehsal edib. Digər Avropa ölkələri polad istehsalını 18,1% artıraraq 25,2 mln. tona çatdırıb.
Cari ilin ilk yarısında Asiya və Okeaniyada polad istehsalı illik ifadədə 13,8% artaraq 737 mln. tona, o cümlədən Çində 11,8% artaraq 563,3 mln. tona, Hindistanda isə 31,3% artaraq 57,9 mln. tona çatıb.
Şimali Amerika ölkələri cari ilin ilk yarısında 58,7 mln. ton (+16,4%), o cümlədən ABŞ 42 mln. ton (+15,5%) ton polad istehsal edilib. Cənubi Amerika polad istehsalı 28,1% artaraq 22,6 mln. tona, o cümlədən Braziliyada 24% artaraq 18,1 mln. ton təşkil edib.
Afrika ölkələrində yanvar-iyunda 15 mln. ton (+8%), Yaxın Şərqdə isə 21,4 mln. ton (+8,7%) polad istehsal olunub.
WSA-yə görə, 2020-ci ildə dünyada polad istehsalı əvvəlki illə müqayisədə 0,9% azalaraq təxminən 1,829 mlrd. ton təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda polad istehsalı illik ifadədə 11% artaraq 130,5 min ton olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay