Azərbaycanın polietilen ixracından qazancı kəskin artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 65 640 ton ilkin formalarda polietilen ixrac edib.
Bu Valyuta.az Dövlət Gömrük Komitəsinin yaydığı statistic hesabata əsasən xəbər verir.
Bu həcmdə məhsulun dəyəri 75,63 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5% az və 59,8% çoxdur.
Ötən 6 ay ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 6,5 % olub. Hesabat dövründə ilkin formalarda polietilenin ölkənin ümumi ixracdakı payı 0,9 % olub.
Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay