Azərbaycanda traktor istehsalı 2,8 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 134,2 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,3 % artıb.
Yanvar-iyun aylarında 795 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 78 ədəd və ya 8,9 % az minik avtomobili istehsal olunub. Bu il iyulun 1-nə ölkədə 144 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin 6 ayı ərzində Azərbaycanda 296 ədəd traktor istehsal edilib ki, bu da 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,8 dəfə çoxdur. Nəticədə, bu il iyulun 1-nə ölkədə 65 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay