Azərbaycanda sənaye istehsalı cüzi azalıb - RƏQƏMLƏR
Bu ilin birinci yarısında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 0,3% azalaraq 23,1 mlrd. manat təşkil edib.
Valyuta.az bildirir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, azalma neft-qaz sektorunda məhsul istehsalının 3,2% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,6 faiz artıb.
Məlumata görə, sənaye məhsulunun 62,6%-i mədənçıxarma, 31,3%-i emal, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
“Sənayedə qeyri-dövlət sektorunun payı 81,9% olub. Ümumi istehsalın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb”, - məlumatda deyilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay