“Badam emalı zavodu”nun tikintisini yekunlaşdırıb - FOTO
“AZMADE Group”-a daxil olan Zəyəm Texnologiyalar Parkı (ZTP) ölkə ərazisində sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Şirkətdən Valyuta.az-a daxil olmuş məlumata görə, Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən “AzBadam” MMC-yə məxsus “Badam emalı zavodu”nun tikinti-quraşdırması, metal konstruksiyası zavodda istehsal olunmaqla, ZTP tərəfindən həyata keçirilib.
“Badam emalı zavodu”-nun 113 metr uzunluğu, 24 metr eni və 13 metr hündürlüyü olan istehsalat sahəsi 2764 m2, 42.7 metr uzunluğu və 48 metr eni olan xammal qəbulu məntəqəsi 2050 m2, 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 313 m2 –dir. Bununla bərabər, 630 m2 köməkçi binalar və 315 m2 su anbarları ZTP tərəfindən inşa olunub.
“Azbadam” MMC üçün İspaniyanın Borrell şirkətindən idxal olunan emal avadanlıqları ZTP-nin ixtisaslı mütəxəssisləri tərəfindən quraşdırılaraq istismara təhvil verilib. İstehsal prosesi ümumilikdə 3 mərhələdən ibarət olmaqla qurutma, qərzəkdən ayırma, yuma, qabıqdan çıxarma, təmizləmə və kalibrləmə kimi funksiyaları həyata keçirən sözügedən avadanlıqların saatlıq istehsal gücü 4 tondur. Eyni zamanda 4 ədəd 50 tonluq xüsusi paramterli çən ZTP mütəxəssisləri tərəfindən uğurla quraşdırılıb.
Zəyəm Texnologiyalar Parkı sözügedən bu layihəni planlaşdırılan tarixdən tez başa vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay