Sənaye
09.07.2021 / 17:36
Azərbaycan qeyri-neft məhsullarının ixracını kəskin artırıb - Nazir
15386
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 mln. dolları ötüb.
Valyuta.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O əlavə edib ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının ixracında 40,1%-lik artıma nail olunub.
"Ümumilikdə, birinci yarımillikdə ixracın artımı 14,8% təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir", - nazir əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay