Sənaye
01.07.2021 / 13:19
"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 30 faiz artıb
14933
Bu ilin yanvar-iyun ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 101,7 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Valyuta.az xəbər verir ki, "APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30% artıb.
Bu ilin iyun ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22 mln. dollar olub ki, bu da may ayı ilə müqayisədə 43,8% çoxdur.
Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin iyun ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 575 mln. dollar təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay