Türkiyənin ixracı ötən ay 66 faizədək artıb
Bu ilin may ayında Türkiyə ixracatının həcmi 2020-ci ilin eyni ayına nisbətən 65,7% artaraq 16,498 mlrd. ABŞ dollarına, idxalat isə 54% artaraq 20,627 mlrd. dollara yüksəlib.
Valyuta.az-ən "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutunun Ticarət Nazirliyi ilə birgə hazırladığı ilkin hesabatda bildirilir.
Qeyd olunur ki, bu ilin may ayında xarici ticarət kəsiri keçən ilin eyni ayına nisbətən 20,2% artaraq 4,129 mlrd. dollara çatıb. May ayında ixracatın idxalata nisbəti 2020-ci ilin eyni ayında 74,3%-ə qarşı 80% təşkil edib.
Bu ilin yanvar-may aylarında Türkiyənin ixracı keçən ilin eyni dövrünə görə 38,3% artaraq 85,209 mlrd. dollara, idxalı isə 25,2% artaraq 103,485 mlrd. dollara yüksəlib.
Cari ilin ilk beş ayında xarici ticarət kəsiri 13,1% azalaraq 18,277 mlrd. dollara düşüb. Əgər 2020-ci ilin yanvar-may aylarında ixracatın idxalata nisbəti 74,5% idisə, bu ilin eyni dövründə bu rəqəm 82,3%-ə yüksəlib.
Enerji və qızıl xaricində ixracat may ayında 68,6%, idxalat isə 61,7% artıb. Mayda enerji və nağdsız qızıl istisna olaraq ixrac 9,207 mlrd. dollardan 15,519 mlrd. dollara yüksəlib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay