Sənaye
28.06.2021 / 14:09
Bu il tütün və məlumatlarının ixracı 50 faizə qədər azalıb
14697
Bu ilin yanvar-may aylarında Azərbaycana 41,330 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,887 milyon ABŞ dolları və yaxud 27,39 % çoxdur.
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,94 %-ni təşkil edib.
Bu ilin ilk 5 ayı ərzində Azərbaycandan 2,774 milyon ABŞ dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,627 milyon ABŞ dolları və yaxud 48,64 % azdır.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,04 %-nə bərabər olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay