Sənaye
11.06.2021 / 11:13
Qızıl ABŞ inflyasiya məlumatından sonra bahalaşır
13702
ABŞ-da gözləniləndən yüksək inflyasiyanın açıqlanması qızıl qiymətlərinin artmasına səbəb olur.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, ABŞ-da inflyasiya may ayında proqnozları aşaraq illik 5%, aylıq 0,6% təşkil edib.
İnflyasiya sonuncu dəfə 2008-ci ilin avqust ayında bu səviyyələrə çatmışdı. Proqnozlar, istehlakçı qiymətləri indeksində artımın illik 4,7%, aylıq isə 0,5% artım olacağı istiqamətində idi.
Məlumat açıqlandıqdan sonra qızıl bahalaşır. Qızılın unsiyasının qiyməti yenidən 1900 dolları keçib.
Qeyd edək ki, inflyasiyanın artması qızıl qiymətlərini yuxarı istiqamətli dəstəkləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay