BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
13645

“Qarabağda iqtisadiyyatın altı əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir”.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlının sözlərinə görə, hesablamalar göstərir ki, orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 % töhfə verəcək:

“167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də, Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3 %, emal sənayesinə isə 4,3 % ola bilər.

Cəbrayıl rayonu nəqliyyat-logistika mərkəzi olmaqla, həm Türkiyə və İran, həm də Qarabağın digər regionlarımızla əlaqə xətlərinin üzərində yerləşir. Qarabağ bölgəsinin Azərbaycanda nəqliyyat xidmətlərinə olan təsiri 4,9 % qiymətləndirilir. Şuşa nəinki Qarabağın, bütövlükdə Azərbaycanın, gələcək illərdə isə islam və türk dünyasının mədəniyyət mərkəzi statusunda turizmin əsas drayverinə çevriləcək. Qarabağ bölgəsinin ən iri şəhəri 70 minlik – Ağdam şəhəri isə bölgənin yüngül sənaye və xidmət mərkəzi funksiyasını daşıya bilər”.

Onun sözlərinə görə, Qarabağ bölgəsində 0,5 qiqavat külək, 0,7 qiqavat su və 4 qiqavat günəş enerjisi potensialı regionun yaşıl enerji zonasına çevrilməsinə zəmin yaradır: 

“Xudafərin, Qız Qalası, Suqovuşan stansiyaları, həmçinin Kəlbəcər və Laçındakı kiçik su elektrik stansiyaları Qarabağ bölgəsinin ilkin enerji tələbatını ödəmək gücündədir. BP-nin Qarabağda yaşıl enerjiyə sərmayə yatırmaq niyyəti nəinki alternativ enerji sahəsinə, bütövlükdə Qarabağ bölgəsinə sərmayə cəlbinə əlavə təkandır. Qarabağda təhlükəsizliyin təmin olunması, o cümlədən, minalardan təmizlənmə və infrastrukturun yaradılması istiqamətində əsas yük dövlət büdcəsinin üzərinə düşsə də, beynəlxalq inkişaf partnyorları, özəl sektor və diaspora sərmayələri iqtisadiyyatın canlandırılmasında həlledici ola bilər. Həmçinin 2030-cu ilə qədər Qarabağ Azərbaycanın qeyri-neft sektorunun 5-10 %-i həddində iqtisadiyyata malik ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin