09.06.2021 / 18:00
Misə tələb azaldı: Qiymət aşağı düşdü
13614
Ticarət məlumatları göstərir ki, misə tələbin azalması fonunda qiymətlər bu gün ucuzlaşmaqda davam edib.
Valyuta.az xarici mətbuata istinadən xəbər verir ki, “Comex” birjasında misin iyul fyuçerslərinin dəyəri 0.75% azalaraq 4.5083 dollara (təxminən 0.,45 kiloqram) düşüb.
“Societe Generale” analitikləri mis qiymətlərinin 2021-ci il ərzində tədricən azalacağını və dördüncü rübdə bir ton üçün 8.5 minə çatacağını düşünürlər.
Mütəxəssislər bunu yüksək səviyyədə metal təchizatı və ona olan tələbin zəifləməsi ilə əlaqələndirirlər.
“Tələbdəki zəifliyin ilk əlamətləri, xüsusən 2020-ci ildə böyüməyə səbəb olan Çin bazarında ortaya çıxmağa başlayır”, - deyə analitiklər “Wall Street Journal”-a bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay