Sənaye
08.06.2021 / 12:08
Yaponiyanın ÜDM-i rekord həddə azalıb
13460
2020-ci maliyyə ilində (bu ilin martın 31-də bitib) Yaponiyanın real ÜDM-i illik ifadədə 4,6% azalıb. Bu, statistikanın aparıldığı 1955-ci ildən bəri ən böyük azalmadır.
Valyuta.az-ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, illik ÜDM-ə dair yenilənmiş statistika çərşənbə axşamı Yaponiyanın Nazirlər Kabinetinin saytında dərc edilib.
ÜDM-dəki mənfi dinamika fərdi istehlakın 2020-ci təqvim ilində 6%, ixrac həcmlərinin isə 12,5%-dən 10,5%-dək azalması ilə əlaqədardır. Son maliyyə ilində idxalın həcmi də azalıb – 6,9%.
2020-ci maliyyə ilinin IV rübündə (2021-ci ilin yanvar-mart ayları) Yaponiyanın ÜDM-i illik ifadədə 3,9% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay