Azərbaycan-Türkiyə ortaq investisiyalı müəssisə yaradılır
“Azərbaycanla Türkiyənin açacağı 4 müəssisədən birinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb”.
Valyuta.az xəbər verir ki, bunu “Report”a “Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirib.
O deyib ki, hazırda həmin müəssisənin biznes-planı hazırlanır:
“Türkiyədən Azərbaycana mütəxəssislər gəlmişdilər. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun rəsmiləri ilə görüş keçirilib və müzakirələr aparılıb”.
S.Babayeva xatırladıb ki, həmin müəssisələr Sumqayıt Kimya-Sənayə Parkında yaradılacaq.
Onun sözlərinə görə, Türkiyə tərəfi isə müəssisə üçün lazımi avadanlığın istehsalı ilə bağlı işlərə başlayıb:
“İki aydan sonra müəssisənin inşasına başlanılması gözlənilir. İlk yaradılacaq müəssisə tikiş emal sənayesi üzrə olacaq”.
Xatırladaq ki, bu il fevralın 18-də Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində “Bakı Tekstil Fabriki” MMC ilə “Bakü Örme Kumaş Sanaye ve Ticaret LTD” şirkəti, “Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan “Beteks” şirkəti ilə Türkiyənin “Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb. Həmin müqavilələrə görə, Azərbaycanla Türkiyə arasında 4 müəssisə açılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay